Azərbaycan gimnastı Dünya kubokunda gümüş qazanıb - FOTO

Xəbərlər
12 Aprel 2025 23:26
52
Azərbaycan gimnastı Dünya kubokunda gümüş qazanıb - FOTO

Xorvatiyanın Osiyek şəhərində keçirilən idman gimnastikası üzrə Dünya kuboku keçirilir.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı Nikita Simonov turnirin 4-cü mərhələsində uğurlu çıxışla yadda qalıb.

O, halqalarla hərəkətdə 14.500 xalla fəxri kürsünün 2-ci pilləsində yer alıb.

Qeyd edək ki, Nikita Bakı mərhələsində qızl, Almaniyanın Kottbus və Türkiyənin Antalya şəhərlərində keçirilən yarışlarda isə gümüş medala sahib olub.

İdman.biz