Azərbaycanın idman gimnastı Nikita Simonov halqalarla hərəkətdə Dünya kuboku seriyasının lideri mövqeyini möhkəmləndirib.
İdman.biz xəbər verir ki, dörd mərhələdən sonra gimnastımız ümumi sıralamada birinci yerdə qərarlaşıb.
Onun aktivində 105 xal var. Bakıdakı qələbə ona 30 xal qazandırıb. Nikita Kotbus (Almaniya), Osiyek (Xorvatiya) və Antalyada (Türkiyə) əldə etdiyi gümüş medalların hər birinə görə isə 25 xal əldə edib.
Qeyd edək ki, Simonov ilin əvvəlindən keçirilən bütün reytinq turnirlərində fəxri kürsüyə yüksəlib.
İdman.biz