Bakıda keçiriləcək Dünya kubokuna bədii gimnastikanın ən parlaq ulduzlarından biri də qatılacaq.
İdman.biz xəbər verir ki, Sofiya Raffaeli Milli Gimnastika Arenasında keçiriləcək yarışda iştirak etmək üçün İtaliya yığmasının heyətinə cəlb olunub.
Raffaelli dəfələrlə dünya və Avropa çempionu olub, Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb. Ötən il Bakıda keçirilən Dünya kubokunda italiyalı gürzlərlə finalda qalib gəlib, çoxnövçülükdə üçüncü, halqa ilə ikinci olub.
Qeyd edək ki, Bakıdakı yarış aprelin 18-20-də keçiriləcək.
İdman.biz