FIG: "Bakıda bizi gözqamaşdıran çıxışlar gözləyir"

Xəbərlər
17 Aprel 2025 11:11
222
FIG: "Bakıda bizi gözqamaşdıran çıxışlar gözləyir"

“Olimpiya çempionları Darya Varfolomeev (Almaniya) və Çin qrupu 2025-ci il Dünya kubokunda debüt edəcəklərindən Bakıda gözqamaşdırıcı çıxışlar gözlənilir”.

İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) saytı aprelin 18-20-də Bakıda keçiriləcək Dünya kubokunda qüvvələr balansını dəyərləndirərək yazıb.

Bu həftəsonu Dünya kubokunda maraqlı mübarizənin yaşanacağı bildirilir: "Əsas hadisə Paris 2024 Olimpiya çempionu Varfolomeev, bürünc mükafatçısı Sofia Raffaeli (İtaliya) və Olimpiya iştirakçıları Taisiya Onofriyçuk (Ukrayna) və Stiliana Nikolova (Bolqarıstan) arasında maraqlı çoxnövçülük yarışı olacaq.

Hələ ki, bütün gimnastlar yeni qaydalara uyğunlaşmağa başlasalar da, iki həftə əvvəl Qran-Pridə bir neçə növdə bir neçə qızıl medal qazanan Onofriyçuk yenilikləri ən tez mənimsəyən olub. Top və gürzlərlə çıxışında o, Sofiyada keçirilən Dünya kubokuda çoxnövçülükdə yarışın qalib olub, həmçinin daha iki növdə qızıl medal qazanıb və Bakıda da qızıla əsas iddiaçılardan olacaq.

Nikolova isə ilə daha sakit başlayıb, lakin dörd tam yeni hərəkətlə Sofiyada Dünya kubokunda nəticələrini yaxşılaşdırıb. Onofriyçukdan geri qalaraq çoxnövçülükdə gümüş medal qazandıqdan sonra o, halqa və topla çıxışda iki qızıl medala sahib çıxaraq yüksəlişdə olduğunu nümayiş etdirib.

Bu arada keçmiş dünya çempionu Raffaelinin də özünü yenidən göstərməyə ehtiyacı var. O, Sofiyada Dünya kubokunda çoxnövçülükdə 11-ci yeri tutub və yalnız bir yarışda - halqa ilə hərəkətlərdə finala çıxaraq bürünc medal qazanıb. O, Bolqarıstanda üzləşdiyi çətinliklərin öhdəsindən gəlib Bakıda medal uğrunda mübarizə apara biləcəkmi?

Medal üçün 2020-ci il Tokio Olimpiadasının bürünc mükafatçısı Alina Qarnasko (neytral idmançı) da mübarizə aparacaq. 23 yaşlı idmançı Sofiyada Dünya kubokunda çoxnövçülükdə dördüncü yeri tutub və topla çıxışda gümüş medal qazanıb. O da alətlərlə finallarda mükafatçı yerləri tuta bilər.

ABŞ-dən olan gənc gimnasta da diqqət yetirmək lazımdır. 16 yaşlı Rin Kiz Sofiyada çoxnövçülükdə altıncı yeri tutub və üç alət üzrə finala yüksələrək lentlə çıxışda bürünc medal qazanıb. O, böyük potensiala malikdir və yəqin ki, əsas hədəfi ölkəsində keçiriləcək 2028-ci il Los-Anceles Olimpiadasıdır.

İlk Dünya kubokuna qatılacaq İsraildən olan iki gənc gimnast da mübarizədə rəqabəti artıra bilər. Alona Tal Franko 2023-cü ildə halqa ilə yarışda yeniyetmələr arasında dünya çempionu olub, cəmi 15 yaşı olan və böyüklər arasında ilk dəfə yarışan Meital Maayan Sumkin isə topla yarışda yeniyetmələr arasında 2024-cü ilin Avropa çempionudur. Onlar Bakıda həmyerliləri, Tokio-2020 çempionu Lina Aşramın yolunu davam etdirə biləcəklərmi?"

Portal qrupların çıxışları barədə də məlumat verib: “2024-cü ildə Bakıda ən azı altı olimpiya qrupunun mübarizə aparacağı yarışın həyəcanlı və gərgin keçəcəyini vəd edir. Siyahıya Çindən olan Olimpiya çempionları başçılıq edirlər ki, onların Parisdəki qələbəsi ölkələri üçün bədii gimnastikada bir ilk idi.

Heyətlərdə ciddi dəyişikliklər olsa belə, Parisdəki hər üç medalçı qrup Bakıda çıxış edəcək. Çin qızıl komandasının yalnız iki üzvü - 20 yaşlı Dinq Xinyi və Vanq Lancingi mübarizəyə buraxacaq. 2024-cü il Paris Olimpiadasının gümüş mükafatçısı İsrail və bürünc mükafatçısı İtaliya isə Bakıya tamamilə yeni qruplar göndərirlər.

Yaponiya qrupunu da izləməyə dəyər. Onlar iki həftə əvvəl Sofiyada keçirilən Dünya kubokunda, çoxnövçülükdə gümüş də daxil olmaqla, ümumilikdə üç medal qazanıblar.

Bolqarıstandan olan Olimpiya iştirakçıları da medallar uğrunda mübarizə aparacaqlar. Onlar Sofiyada "5 lent" titulunu qazanıblar, lakin "3 top + 2 halqa" proqramındakı səhvlərinə görə çoxnövçülükdə fəxri kürsüyə yüksəlmək şanslarını əldən veriblər və bu vəziyyəti Bakıda düzəltmək istəyirlər.

Siyahını 2024-cü il Olimpiya iştirakçıları Almaniya və Ukrayna tamamlayır ki, bu da ümumilikdə çox maraqlı yarış vəd edir".

İdman.biz

Məqalədə: