Lüksemburqda akrobatika üzrə Avropa çempionatı keçirilir.
İdman.biz xəbər verir ki, Azərbaycanın Diana Məmmədova, Firuzə Qasımzadə və Səfiyə Babayevadan ibarət qrupu yeniyetmələrin yarışında finala yüksəlib.
Onlar temp hərəkətlərinin təsnifat yarışında beşinci yeri tutublar.
Digər qadın triomuz (Aylin Məmmədova, Jasmin Əliyeva, Ayan Hacılı) temp kompozisiyasında altıncı olub. Amma eyni ölkədən yalnız bir qrup finala yüksələ bilib.
İdman.biz