Selcan Mahsudova bürünc qazanıb

Xəbərlər
17 Aprel 2025 19:08
196
Selcan Mahsudova bürünc qazanıb

Azərbaycanlı gimnast Selcan Mahsudova Belarusun Vitebsk şəhərində keçirilən beynəlxalq yarışda uğurlu çıxış edib.

İdman.biz xəbər verir ki, o, batut gimnastikasında ölkəmizə bürünc medal qazandırıb.

Selcan Mahsudova toplamda 55.540 xal toplyaraq, fəxri kürsünün 3-cü pilləsində yer alıb.

İdman.biz