Bakıda bədii gimnastika üzrə Dünya kuboku keçirilir.
İdman.biz xəbər verir ki, ilk yarış günündə günorta sessiyasından sonra Sofia Raffaeli çoxnövçülükdə liderliyə yüksəlib.
İtaliyalı gimnast halqa və topla çıxışlarında cəmi 57,350 xal toplayıb. İkinci və üçüncü yerlərdə neytral bayraq altında mübarizə aparan belaruslu idmançılar qərarlaşıb: Alina Qarnasko (55,800) və Anastasiya Salos (55,550).
Olimpiya çempionu Darya Varfolomeev hazırda çoxnövçülükdə altıncıdır: onun 53,200 xalı var.
Azərbaycan gimnastlarından Kamilla Seyidzadə 12-ci (50,300), Zöhrə Cəfərova isə 16-cı yerdədir (49,350).
Qarşıda D qrupunda yer alan gimnastların çıxışları var.
Bakıda keçirilən Dünya kubokunda ümumilikdə 39 ölkə təmsilçiləri çıxış edirlər.
***
14:08
Bakıda bədii gimnastika üzrə Dünya kuboku keçirilir.
İdman.biz xəbər verir ki, səhər və günorta sessiyalarında A və B qruplarının idmançıları çıxış ediblər.
Çoxnövçülükdə Alina Qarnasko liderliyi ələ keçirib. Neytral bayraq altında yarışan belaruslu gimnast halqa və topla çıxışına görə ümumilikdə 55.800 xal alıb. Onun həmyerlisi Anastasiya Salos ikinci yerdədir (55.550).
Vera Tuqolukova (Kipr - 54.600) mütləq birincilikdə üçüncüdür.
Olimpiya çempionu Darya Varfolomeev hazırda çoxnövçülükdə dördüncüdür. Almaniya təmsilçisinin 53.200 xalı var.
Azərbaycan gimnastı Kamilla Seyidzadə 10-cu mövqedə qərarlaşıb (50.300).
Qarşıda C və D qrupları gimnastlarının çıxışları olacaq.
***
12:00
Bakıda bədii gimnastika üzrə Dünya kuboku start götürüb.
İdman.biz xəbər verir ki, səhər sessiyasında A qrupunun idmançıları çıxış ediblər.
Alina Qarnasko çoxnövçülükdə liderliyi ələ alıb. Neytral bayraq altında yarışan belaruslu gimnast halqa və topla çıxışına görə ümumilikdə 55.800 xal toplayıb. Mütləq birincilikdə Vera Tuqolukova (Kipr - 54.600) ikinci, Lia Kallio (Finlandiya - 50.550) isə üçüncü pillədə qərarlaşıb.
Amma əsas favoritlərin çıxışı qarşıdadır. Olimpiya çempionu Darya Varfolomeev (Almaniya), Yay Oyunlarının bürünc mükafatçısı Sofia Raffaelli (İtaliya), mütləq Avropa çempionu Stiliana Nikolova və digər idmançılar mübarizəyə başlayacaqlar.
Fərdi yarışda Azərbaycanı Kamilla Seyidzadə və Zöhrə Cəfərova təmsil edirlər.
***
09:47
Bu gün Bakıda bədii gimnastika üzrə Dünya kuboku start götürür.
İdman.biz xəbər verir ki, yarışda 39 ölkədən gimnastlar çıxış edəcəklər.
Azərbaycan Dünya kubokunda fərdi yarışlarda mübarizə aparacaq Kamilla Seyidzadə və Zöhrə Cəfərova ilə təmsil olunacaq.
İlk gün iştirakçılar halqa və topla hərəkətlərdə çıxış edəcəklər.
Proqramın axşam hissəsində komandalar qrup hərəkətlərində bacarıqlarını nümayiş etdirəcəklər.
Dünya kubokunda bir sıra ulduz adlar mübarizə aparacaq. Onların arasında Olimpiya çempionu Darya Varfolomeeva (Almaniya), Yay Oyunlarının bürünc mükafatçısı Sofia Raffaelli (İtaliya), mütləq Avropa çempionu Stiliana Nikolova, Çinin Olimpiya çempionu olan qrup hərəkətləri komandası və başqaları var.
İdman.biz