Bakıda bədii gimnastika üzrə Dünya kuboku davam edir.
İdman.biz xəbər verir ki, ikinci yarış gününü gürzlər və lentlə çıxış edən fərdi yarışçılar açıb.
Stiliana Nikolova çoxnövçülükdə liderdir. Bolqarıstanlı gimnast dörd növdə ümumilikdə 113,150 xal toplayıb.
Sonra Olimpiya çempionu Darya Varfolomeev gəlir. Almaniyalı idmançının 111,300 xalı var. Mütləq birincilikdə üçüncü yerdə dörd hərəkətin cəmində 109,850 xal toplayan Alina Qarnasko (neytral idmançı) qərarlaşıb.
Azərbaycan gimnastı Kamilla Seyidzadə dörd növdə 98,600 xal toplayıb və hazırda 12-ci yerdədir.
Sonuncu qrupda yeralan idmançıların da çıxışları olacaq.
***
14:17
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunda yarışların ikinci günü davam edir.
İdman.biz xəbər verir ki, səhər sessiyası fərdi yarışçıların gürz və lentlə çıxışları ilə başlayıb.
İki qrupdakı idmançıların çıxışlarından sonra çoxnövçülükdə Olimpiya çempionu Darya Varfolomeev önə çıxıb. Dörd hərəkətdə ümumi çıxışına əsasən, o, çoxnövçülükdə 111,300 xal toplayaraq, turnir cədvəlinə başçılıq edir.
Mütləq birincilikdə ikinci yerdə dörd hərəkətin cəmində 109,850 xal toplayan Alina Qarnasko (neytral idmançı) qərarlaşıb. Onun komanda yoldaşı Anastasiya Salos üçüncü yerdədir (108,450).
Azərbaycan gimnastı Kamilla Seyidzadə dörd növdə 98,600 xal toplayıb və hazırda 12-ci yerdədir.
Daha iki qrupdakı gimnastlar çıxış edəcəklər. Onların arasında Sofia Raffaeli (İtaliya), Stiliana Nikolova (Bolqarıstan), Taisia Onofriyçuk (Ukrayna) və başqaları var.
***
12:41
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunda ikinci çıxış gününə start verilib.
İdman.biz xəbər verir ki, proqramı B qrupunda çıxış edən idmançılar açıb.
Onların arasında olimpiya çempionu Darya Varfolomeev də olub. Almaniyalı gimnast gürzlər və lentlə kompozisiyalar yerinə yetirib. Dörd yarışın ümumi çıxışına əsasən, o, çoxnövçülükdə 111,300 xal toplayaraq, yarış cədvələ başçılıq edir.
Mütləq birincilikdə dörd hərəkətin cəmində 108,450 xalı olan Anastasiya Salos (neytral idmançı) ikinci yerdə qərarlaşıb. Braziliyalı Maria Eduarda Aleşandre (102,600) üçüncü yeri tutur.
Azərbaycan gimnastı Kamilla Seyidzadə də B qrupunda mübarizə aparıb. O, dörd hərəkətin cəmində 98,600 xal toplayıb və hazırda altıncıdır.
Qarşıda daha üç qrupunun çıxışları olacaq.
***
09:52
Bakıda bədii gimnastika üzrə Dünya kuboku davam edir.
İdman.biz xəbər verir ki, bu gün ilk medal dəstləri öz sahiblərini tapacaq.
Fərdi və qrup çoxnövçülük yarışlarında qaliblər müəyyənləşəcək.
Turnirin ikinci günündə fərdi yarışanlar gürz və lentlə hərəkətləri yerinə yetirəcəklər.
Proqramın axşam hissəsində qrup hərəkətləri komandaları öz çıxışlarını təqdim edəcəklər.
Qeyd edək ki, Dünya kubokunda 39 ölkədən gimnastlar çıxış edir. Azərbaycan komandası yarışda iki fərdi iştirakçı - Kamilla Seyidzadə və Zöhrə Cəfərova ilə təmsil olunur.
İdman.biz