Olimpiya çempionlarının Bakıda qələbə iddiası

Xəbərlər
19 Aprel 2025 10:31
226
Olimpiya çempionlarının Bakıda qələbə iddiası

Çinli Olimpiya çempionları Bakıda qələbəyə doğru ciddi addım atıblar.

İdman.biz xəbər verir ki, Çinin qrup hərəkətləri komandası ilk növdə çıxışdan sonra Dünya kubokunda çoxnövçülükdə liderliyə yüksəlib.

Beş lentlə çıxış Çin komandasını təsnifatda birinci edib və bu növdə finala vəsiqə qazandırıb.

Bolqarıstan, Ukrayna, Qazaxıstan, İsrail, İtaliya, Türkiyə və Finlandiya da beş lentlə hərəkətlərdə finala yüksəliblər.

İndi qruplar ikinci növ proqramla - üç top və iki halqa ilə çıxış edəcəklər.

Qeyd edək ki, bu gün çoxnövçülük yarışında da mükafatçılar müəyyənləşəcək.

İdman.biz

Məqalədə: