Lüksemburqda keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları Vətənə qayıdıb.
İdman.biz xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gimnastika Federasiyasının əməkdaşları, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Gimnastlarımız qitə çempionatını 8 medalla başa vurublar. Kişi cütlüyündə Murad Rəfiyevlə Daniel Abbasov gümüş (çoxnövçülük, balans, temp hərəkətləri), Seymur Cəfərov, Abdulla Əl-Məşayxi, Riad Səfərov və Rəsul Seyidlidən ibarət kişi qrupu gümüş (temp) və bürünc (balans) medallara sahib çıxıblar. Zəhra Rəşidova, Nəzrin Zeyniyeva, Anahita Bəşiri ilə Diana Məmmədova, Safiya Babayeva və Firuzə Qasımzadədən ibarət qadın qrupları isə üçüncü yerləri tutublar.
Qeyd edək ki, Azərbaycanın akrobatika gimnastikası tarixində ilk dəfə olaraq qadın və kişi qrupu Avropa çempionatında fəxri kürsüyə qalxıb.
İdman.biz