“Darya Varfolomeev Bakıda keçirilən Dünya kubokunda göstərdi ki, o hələ də güclü rəqibdir”.
İdman.biz xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) portalı Olimpiya çempionunun ölkəmizdəki yarışda iki qızıl medal qazanmasına belə reaksiya verib.
Almaniyalı gimnast çoxnövçülük, halqa və topla yarışlarda fəxri kürsüyə yüksələ bilməyib, lakin gürzlərlə və lentlə hərəkətlərin finalında qalib gəlib: “Gürzlərlə çıxışa görə Varfolomeev bütün yarış üzrə ən çox xalı topladı - 30,450. O, bütün finalçılar arasında çətinlik, ifa və artistizmə görə ən yüksək qiymət aldı.
Sonra o, lentlə finalda qızıl medal qazandı və burada "I'm trouble" lirik musiqisi altında yeni proqramı nümayiş etdirdi. Darya, şübhəsiz, digər iştirakçılara öz yüksək səviyyəsini sübut etdi".
İdman.biz