Dünya kuboku: Gimnastımız ümumi seriyada qələbəyə doğru

Xəbərlər
24 Aprel 2025 13:39
210
Dünya kuboku: Gimnastımız ümumi seriyada qələbəyə doğru

Sabah Dohada idman gimnastikası üzrə Dünya kubokunun sonuncu mərhələsinə start veriləcək.

İdman.biz xəbər verir ki, Nikita Simonov seriyanın ümumi hesabının lideri kimi halqalarla hərəkətlərdə çıxış edəcək.

Azərbaycan gimnastının 105 xalı var. Bakıdakı turnirdə qələbə ona 30 xal, Kottbus, Osiek və Antalyada qazandığı gümüş medallar isə hər dəfə 25 xal qazandırıb.

Beləliklə, Simonov ilin əvvəlindən keçirilən bütün reytinq turnirlərində fəxri kürsüyə yüksəlib və ümumi seriyada qalib olmağa yaxındır.

Dohada digər təmsilçimiz Rəsul Əhmədzadə də çıxış edəcək. O, sərbəst hərəkətlər, dəstəli at, paralel qollar və turnikdə yarışacaq.

İdman.biz