Beynəlxalq Gimnastika Federasiyası (FIG) Lalə Kramarenkoya neytral idmançı statusu verməkdən imtina edib.
İdman.biz xəbər verir ki, "R-Sport" bədii gimnastika üzrə Avropa çempionunun "Vətənin Müdafiəçisi Günü"nə həsr olunmuş qala-konsertdə iştirak etdiyi üçün "yox" cavabı aldığını bildirib.
Bundan əlavə, gimnastın təmsil etdiyi MGFSO idman klubu sosial şəbəkələrdə Ukrayna ilə müharibəyə dəstək nümayiş etdirib.
Kramarenko həmçinin bədii gimnastika üzrə Rusiya yığmasının keçmiş baş məşqçisi İrina Vinerlə birgə fotosunu dərc etməkdə ittiham olunur.
FIG qərarından yalnız İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət verilə bilər. Mənbənin sözlərinə görə, Kramarenko CAS-a müraciət edib.
Apreldə Rusiya Gimnastika Federasiyası açıqlamışdı ki, artıq neytral status almış idmançılar digər həmkarlarının bu statusla bağlı imtina almaları üzündən beynəlxalq federasiyanın keçirəcəyi qarşıdakı turnirlərdə iştirakdan imtina etmək qərarına gəliblər.
Qeyd edək ki, Lalə futbol üzrə Azərbaycan millisinin keçmiş qapıçısı Dmitri Kramarenkonun qızıdır.
İdman.biz