Simonov Dünya kubokunun finalına yüksəlib

Xəbərlər
26 Aprel 2025 13:17
39
Simonov Dünya kubokunun finalına yüksəlib

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə Dünya kubokunun sonuncu mərhələsi keçirilir.

İdman.biz xəbər verir ki, Azərbaycan gimnastı Nikita Simonov halqalarla hərəkətdə finala yüksəlib.

O, təsnifatda 14,000 xal toplayaraq dördüncü nəticə göstərib.

Beləliklə, Simonov Dünya kubokunun növbəti mükafatı uğrunda mübarizə aparmaq şansı qazanıb. O, əvvəlki mərhələlərin hamısında medallar qazanaraq hazırda seriyanın lideridir.

İdman.biz