Gimnastlarımızdan Dünya kubokunda gümüş medal

Xəbərlər
28 Aprel 2025 10:09
233
Gimnastlarımızdan Dünya kubokunda gümüş medal

Yaponiyanın paytaxtı Tokioda aerobika üzrə Dünya kubokunun növbəti mərhələsi keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycanın Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət qarışıq cütlüyü yarışda fəxri kürsiyə yüksəlib.

Dünya çempionatının gümüş mükafatçıları Tokioda da ikinci yeri tutublar. Təsnifat mərhələsində uğurla çıxış edən təmsilçilərimiz finalda 19.400 xal toplayıblar.

Qeyd edək ki, Dünya kubokunda 19 ölkədən yüzdən çox gimnast iştirak edib.

İdman.biz