Aerobika gimnastikası üzrə 9-cu Azərbaycan çempionatı və Bakı birinciliyinin vaxtı açıqlanıb.
İdman.biz xəbər verir ki, yarış mayın 8-də start götürəcək.
2 gün davam edəcək çempionat Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunacaq.
Yarışda ölkənin aerobika gimnastikası üzrə ən istedadlı gimnastları bir araya gələcəklər. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq qarışıq cütlük, üçlük və qrup proqramlarında çıxış edəcəklər.
İdman.biz