Mayın 1-də Bakıda start götürəcək bədii gimnastika üzrə Avropa kubokunun proqramı açıqlanıb.
İdman.biz xəbər verir ki, 4 gün davam edəcək yarış ötən il olduğu kimi, maraqlı qaydalar əsasında keçiriləcək.
Reqlamentə əsasən, hər bir iştirakçı finala qədər yalnız bir növdə çıxış edəcək.
Müsabiqənin proqramına gəlincə, mayın 1-də halqa ilə, ertəsi gün isə top və lentlə çıxış edəcək gimnastlar arasında təsnifat mərhələsi keçiriləcək. Mayın 2-də komandalar qrup hərəkətlərində öz proqramlarını təqdim edəcəklər.
Mayın 3-də fərdi və qruplar arasında “Cross Battles”, mayın 4-də isə yeniyetmələr arasında final yarışları baş tutacaq.
Qeyd edək ki, turnirdə 23 ölkənin gimnastları mübarizə aparacaq.
İdman.biz