EG Bakıda keçiriləcək Avropa kuboku haqqında: "Parlaq çıxışlar gözləyirik"

Xəbərlər
29 Aprel 2025 11:44
232
EG Bakıda keçiriləcək Avropa kuboku haqqında: "Parlaq çıxışlar gözləyirik"

Bu həftə Bakıda bədii gimnastika üzrə Avropa kuboku keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda 25 ölkədən 175 idmançı çıxış edəcək.

Avropa Gimnastikası (EG) turnirdən gözləntilərini bölüşüb: “Biz Olimpiya mükafatçısı Sofia Raffaeli və digər italiyalı Tara Draqaş, ukraynalılar Taisiya Onofriyçuk və Polina Karika, israillilər Daniela Muniz və Lian Rona, macarıstanlılar Fanni Piqnitski və Hanna Panna Vizner, rumıniyalı Amalia Lika, bolqarıstanlı Dara Malonova və digərlərinin parlaq çıxışlarını gözləyirik. Ev sahiblərini Zəhra Cəfərova və Gövhər İbrahimova təmsil edəcəklər.

Qrup yarışında Azərbaycan komandası 2020-ci ilin Olimpiya çempionu Bolqarıstan, eləcə də Estoniya, Gürcüstan, 2024-cü il Olimpiya Oyunlarının bürünc mükafatçıları İtaliya və Ukrayna ilə gərgin mübarizə aparacaq.

Böyüklər və qruplar üçün maraqlı "Cross Battles" çoxnövçülükdə qalibləri müəyyən edəcək. Bir-birə mübarizələrdə gimnastlar bir neçə mərhələni adlamalı olacaqlar. Kifayət qədər böyük pul mükafatı da olacaq: fərdi "Cross Battles"ın qalibi 6000 avro, gümüş medalçı 4000 avro, bürünc mükafatçı isə 2500 avro qazanacaq. Qalib qrup da 10.000 avro qazanacaq. Gümüşə görə 6000, bürüncə görə də 4000 avro veriləcək".

Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə Avropa kuboku mayın 1-4-də keçiriləcək.

İdman.biz