Taisiya Onofriyçuk Bakıya Dünya kubokunun lideri kimi gəlir

Xəbərlər
29 Aprel 2025 16:59
272
Taisiya Onofriyçuk Bakıya Dünya kubokunun lideri kimi gəlir

Ukraynalı gimnast Taisiya Onofriyçuk Bakıda keçiriləcək Avropa kuboku yarışına Dünya kubokunun ümumi hesabının lideri kimi gələcək.

İdman.biz xəbər verir ki, o, çoxnövçülük seriyasında 95 xalla birinci yerdədir.

Onofriyçuk Sofiyadakı mərhələdə qalib gəlib, Bakıdakı Dünya kubokunda isə mütləq birincilikdə gümüş mükafatçı olub.

İkinci yerdə özbəkistanlı Taxmina İkromova (90 xal) qərarlaşıb, ilk üçlüyü isə bolqarıstanlı Stiliana Nikolova (85) tamamlayır.

Fərdi yarışlara gəlincə, Onofriyçuk halqa yarışında da ümumi sıralamaya başçılıq edir. Almaniyadan olan Olimpiya çempionu Darya Varfolomeev gürz və lentlə, Alina Qarnasko (neytral idmançı) isə topla hərəkətlərdə birincidir.

Qeyd edək ki, Avropa kuboku mayın 1-4-də Bakıda keçiriləcək.

İdman.biz