Həndbol üzrə Azərbaycan çempionatında XI turun proqramı bəlli olub.
İdman.biz xəbər verir ki, qadınların mübarizəsində sabah 2 oyun baş tutacaq.
Lider “Qarabağ” öz meydanında “İdman Akademiyası” ilə qarşılaşacaq. Turu mərkəzi görüşü “Azəryol”la “Kür” arasında olacaq. Eyni xala malik komandalar qələbə sayəsində liderdən uzaq düşməməyə çalışacaqlar.
Kişilər arasında çempionatda 1-ci pillədə qərarlaşan “Kür” ən yaxın izləyicisi “Azəryol”la qarşılaşacaq.
XI tur
Qadınlar
17 fevral
Qarabağ – İdman Akademiyası
Azəryol – Kür
Kişilər
17 fevral
Bakı – Qarabağ
18 fevral
Kür – Azəryol
19 fevral
Təhsil – Dinamo
İdman.biz