Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan qadın həndbolçular arasında Mərkəzi Asiyanın açıq çempionatında qrup mərhələsinin III turunun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan millisi Qazaxıstanın ALMATA REGİON klubu ilə üz-üzə gəlib.
Komandamız 28:20 hesablı qələbə qazanıb. Bu, yığmamızın ardıcıl 3-cü uğuru olub. Bunadək yerli komandalar OKMK-i 30:28, ROPSTTM-i 39:31 hesabı ilə məğlub edən həndbolçularımız A qrupunda 1-ci yerin sahibi kimi yarımfinala yüksəlib.
Qeyd edək ki, turnirə mayın 21-də yekun vurulacaq.
İdman.biz