Həndbol üzrə XXX Azərbaycan kubokunda final görüşləri keçiriləcək.
İdman.biz xəbər verir ki, həm qadınlar, həm kişilərin mübarizəsində qaliblər sabah müəyyənləşəcək.
Həlledici oyunlar “AHF Arena”da olacaq. Qadınlarda “Kür” – “Azəryol”, kişilərdə isə “Azəryol” – “Bakı” qarşılaşmaları baş tutacaq. Finallardan sonra mükafatlandırma və mövsümün bağlanış mərasimi olacaq.
Azərbaycan kuboku
Final
Qadınlar
13:00. “Kür” – “Azəryol”
Kişilər
15:00. “Azəryol” – “Bakı”
İdman.biz