Azərbaycan kubokunun qalibi - “Azəryol” - VİDEO - FOTO

Xəbərlər
30 May 2024 16:50
172
Azərbaycan kubokunun qalibi - “Azəryol” - VİDEO - FOTO

Kişi həndbolçular arasında Azərbaycan kubokunun qalibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, finalda “Azəryol” və “Bakı” üz-üzə gəliblər.

“ABU Arena”da təşkil olunan görüş gərgin mübarizə şəraitində keçib. Qarşılaşmada “Azəryol” 35:31 hesabla rəqibini üstələyərək, kuboka sahib olub.

Qeyd edək ki, qadınlar arasında analoji yarışın qalibi adına “Kür” yiyələnib

Banuçiçək Hüseynli

İdman.biz

Məqalədə: