Azərbaycanın ən güclüləri mükafatlandırılıblar - VİDEO - FOTO

Xəbərlər
30 May 2024 17:43
239
Azərbaycanın ən güclüləri mükafatlandırılıblar - VİDEO - FOTO

Həndbol üzrə Azərbaycan çempionatının və kubokunun qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, "Abu Arena" da təşkil olunan mərasimdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, Kamerun Milli Badminton Federasiyasının prezidenti, Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti Odette Assembe Engoulou və Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov iştirak ediblər.

Mərasimdə çıxış edən Abbasov bildirib ki, bu il ölkə çempionatının yubileyidir: "Cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı danılmazdır. Bunun nəticəsində daim idmançılarımız yüksək nəticələr əldə edirlər. Bu da sevindirici bir haldır".

Gənclər və idman nazirinin müavini Mariana Vasileva bütün iştirakçıları təşəkkür edib: "Belə bir atmosferə görə idmançılara, məşqçilərə minnətdarıq. Federasiya prezidentinə təşəkkür edirik ki, son iki ildə bu idman növündə xeyli inkişaf var".

Azərbaycan çempionatında qadınların mübarizəsində 2023/2024 mövsümünün qalibi "Qarabağ" olub. "Kür" ikinci yeri, "Azəryol" üçüncü yeri tutub.

Kişilərin mübarizəsində isə "Kür" ölkə çempionu tituluna yiyələnib. "Bakı" gümüş, "Azəryol" bürünc medala sahib olub.

Azərbaycan kubokunda isə qadınların yarışında "Kür", kişilərin mübarizəsində isə "Azəryol" ən güclü adını qazanıb.

Qaliblərə mükafatları Mariana Vasileva, Elnur Məmmədov, Odette Assembe Engoulou və Orxan Abbasov təqdim ediblər.

Banuçiçək Hüseynli

İdman.biz

Məqalədə: