Vidadi Əliyev: “Üçüncü yeri tutsaq da, çempionluğa layiq idik”

Müsahibə
30 May 2024 21:56
116
Vidadi Əliyev: “Üçüncü yeri tutsaq da, çempionluğa layiq idik”

“Kuboka sahib olmalıydıq”.

Bunu İdman.bizə kişi həndbolçulardan ibarət “Azəryol” klubunun baş məşqçisi Vidadi Əliyev deyib.

O, Azərbaycan kubokunun finalında “Bakı”ya qalib gəldikləri matçı şərh edib. Təcrübəli mütəxəssis bildirib ki, yetirmələri tapşırıqlarını yerinə yetirdiyi üçün onlardan razıdır: “Bu gün çox yaxşı nəticə göstərdilər. Çempionatda üçüncü yeri tutsaq da, çempionluğa layiq idik. Əvvəlcədən də kuboka sahib olacağımıza inanırdım. Rəqib komanda da yaxşı idi. Çox gözəl oyun alındı. Ölkə həndbolu inkişafdadır”.

Əliyev yeni mövsümdə əsas hədəflərinin daha da inkişaf edib, irəli getmək olduğunu deyib: “Qismət olsa, Avropa kuboklarında ölkəmizi yaxşı təmsil etmək istəyirik. Komandada müəyyən dəyişikliklər ola bilər. Amma əsas heyəti qoruyacağıq. 1-2 legionerin getməsi isə istisna deyil”.

Qeyd edək ki, “Azəryol” Azərbaycan kubokunda rəqibini 35:31 hesabı ilə məğlub edib.

Banuçiçək Hüseynli
İdman.biz