Kubokun sahibi: “Qalib gələcəyimizi düşünmürdük”

Müsahibə
30 May 2024 22:06
122
Kubokun sahibi: “Qalib gələcəyimizi düşünmürdük”

"Final oyunu çox gözəl keçdi".

Bunu İdman.bizə "Azəryol"un həndbolçusu Hüseyn Qafarov deyib.

O, Azərbaycan kubokunun finalında qalib gəldikləri üçün sevincli olduğunu bildirib. Qafarovun sözlərinə görə, həlledici matçda qalib gəldikləri "Bakı" çox güclü idi: "Ölkə çempionatına da çox hazırlaşmışdıq. Amma təəssüflər olsun ki, üçüncü yeri tutduq. Kubokda final oyunumuz isə çox gözəl alındı. Matçdan öncə qalib gələcəyimizi düşünmürdük. Çünki rəqiblər güclü idi və şanslarımız 50-nin 50-yə idi. Burada əsəb, stress qarışmış bir vəziyyətdə idi".

O, yeni mövsümdə avrokubok şanslarını da dəyərləndirib: "Necə çıxış edəcəyimizi zaman göstərəcək. Hələlik hansı oyunçularla davam edəcəyimizi bilmirik. Çünki heyətimizə yeni həndbolçular da gələcək".

Qeyd edək ki, "Azəryol" Azərbaycan kubokunun finalında 35:31 hesablı ilə qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz