Bakı komandaları çempion olublar

Xəbərlər
30 İyun 2024 22:09
53
Bakı komandaları çempion olublar

Həndbol üzrə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, oğlanların mübarizəsində Bakı-1 komandası yarışın qalibi adını qazanıb.

İlk üçlüyü Bakı-2 və Mingəçevir komandaları qapayıblar. Qızlar arasında isə Bakı-2, Bakı-1 və Bakı-3 kollektivləri müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

İdman.biz