Yığmamız Belçikaya uduzub - FOTO

Xəbərlər
13 Avqust 2024 21:19
223
Yığmamız Belçikaya uduzub - FOTO

18 yaşadək həndbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının B divizonunda ikinci oyununu keçirib.

İdman.biz xəbər verir ki, komandamız Belçika ilə qarşılaşıb.

Oyun rəqib həndbolçularının 40:16 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz ilk görüşdə Bolqarıstana 22:48 hesabı ilə uduzub.

Qeyd edək ki, yığmamız qrupda son görüşünü avqustun 15-də Kosovaya qarşı keçirəcək.

İdman.biz