Millimiz Kosovo ilə üz-üzə

Xəbərlər
15 Avqust 2024 15:11
162
Millimiz Kosovo ilə üz-üzə

18 yaşadək həndbolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız Kosovo ilə görüşəcək.

Qarşılaşma Avropa çempionatının ilkin mərhələsi çərçivəsində baş tutacaq. İlk iki matçda uduzan komandamız qələbə üçün meydana çıxacaq.

Görüş Priştinada təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Avropa çempionatının ilkin mərhələsi
III tur
15 avqust
20:30. Kosovo – Azərbaycan

Priştina. İdman Sarayı

Qeyd edək ki, millimiz ilk iki turda Bolqarıstana 22:48, Belçikaya 16:40 hesabı ilə uduzub.

İdman.biz