Üçüncü məğlubiyyət

Xəbərlər
16 Avqust 2024 10:55
126
Üçüncü məğlubiyyət

18 yaşadək həndbolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Avropa çempionatının ilkin mərhələsi çərçivəsində üçüncü görüşdə qüvvəsini sınayıb.

İlk iki turda uduzan komandamız bu dəfə Kosovo ilə görüşüb. Yığmamız qrupun oyunlarını qəbul edən rəqibə böyük fərqlə uduzub – 27:44. Bununla da millimiz qrupda sonuncu yeri tutub.

Avropa çempionatının ilkin mərhələsi
III tur
15 avqust
20:30. Kosovo – Azərbaycan – 44:27 (22:14, 22:13)

Priştina. İdman Sarayı

1

Belçika

3

3

0

0

96-67

6

2

Kosovo

3

2

0

1

107-76

4

3

Bolqarıstan

3

1

0

2

93-86

2

4

Azərbaycan

3

0

0

3

65-132

0

Qeyd edək ki, millimiz ilk iki turda Bolqarıstana 22:48, Belçikaya 16:40 hesabı ilə uduzub.

İdman.biz