Millimiz 7-ci olub

Xəbərlər
18 Avqust 2024 15:57
933
Millimiz 7-ci olub

18 yaşadək həndbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının B divizonunda 5-7-ci yerlər uğrunda yarışıb.

İdman.biz xəbər verir ki, komandamız İngiltərə ilə qarşılaşıb.

Qarşılaşma rəqib komandanın 34:23 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz B divizionunu 7-ci pillədə başa vurub.

Qeyd edək ki, yığmamız qrup mərhələsində Bolqarıstan, Belçika və Kosovaya uduzub.

İdman.biz