“Qarabağ”ın oyunlarının yeri dəqiqləşib

Xəbərlər
22 Avqust 2024 13:06
658
“Qarabağ”ın oyunlarının yeri dəqiqləşib

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubunun avrokubok oyunlarının yeri və vaxtı dəqiqləşib.

İdman.biz xəbər verir ki, Avropa kubokunda mübarizə aparacaq təmsilçimiz 2-ci mərhələdən mübarizəyə başlayacaq.

Lüksemburqun “Differdanj” klubu ilə hər iki matç Bakıda keçiriləcək. Qarşılaşmalar “ABU Arena”da baş tutacaq.

Oktyabrın 5-də təmsilçimiz, ertəsi gün lüksemburqlular meydan sahibi hesab olunacaq. İlk matç saat 14:15-də, cavab görüşü 14:45-də başlayacaq.

Qeyd edək ki, digər təmsilçilərimizdən “Azəryol” “Qaliçanka” ilə hər iki görüşü Bakıda, “Kür” “İonioas”la hər iki qarşılaşmanı Afinada keçirəcək.

İdman.biz