“Bakı”nın avrokubok oyunlarının vaxtı dəqiqləşib

Xəbərlər
1 Sentyabr 2024 13:56
113
“Bakı”nın avrokubok oyunlarının vaxtı dəqiqləşib

Kişi həndbolçulardan ibarət “Bakı” klubunun Avropa kubokunda keçirəcəyi oyunların yeri və vaxtı dəqiqləşib.

İdman.biz xəbər verir ki, 2-ci mərhələdən mübarizəyə başlayacaq təmsilçimiz hər iki görüşü rəqib meydanında keçirəcək.

Paytaxtın eyniadlı təmsilçisi bu raundda Monteneqronun “Lovçen-Çetinye” klubu ilə görüşəcək. Oktyabrın 26-da və 27-də keçiriləcək görüşlər “Lovçen” İdman Kompleksində baş tutacaq.

İlk görüşdə “Bakı” nominal meydan sahibi olacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İdman.biz