Kipr klubu Mingəçevirə gələcək

Xəbərlər
1 Sentyabr 2024 09:54
111
Kipr klubu Mingəçevirə gələcək

Azərbaycanın daha bir həndbol klubunun avrokubok oyunlarının yeri və vaxtı bəlli olub.

İdman.biz xəbər verir ki, kişilərdən ibarət “Kür” klubu Avropa kubokunun 2-ci mərhələsinin hər iki matçını öz meydanında keçirəcək.

Kipr təmsilçisi “Strovolo” ilə qarşılaşmalar Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzi baş tutacaq. Oktyabrın 26-dakı görüş Bakı vaxtı ilə 18:00-da, ertəsi gün keçiriləcək matç 17:00-da başlayacaq.

Qeyd edək ki, ilk oyunda kiprlilər nominal ev sahibi sayılacaq.

İdman.biz