"Astana" yarımfinalda, “Azəryol” uduzub

Xəbərlər
29 Avqust 2024 15:27
157
"Astana" yarımfinalda, “Azəryol” uduzub

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan qadın həndbolçular arasında beynəlxalq turnir davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının təşkil etdiyi yarışda II turun matçları keçirilib.

A qrupunda “Azəryol” Qazaxıstan klubu “Astana” ilə qarşılaşıb. Bir gün əvvəl “Kür”ə də qalib gələn qonaqlar ardıcıl ikinci qələbə ilə yarımfinala adlayıb. Qrup ikincisi kimi mərhələ keçəcək komandanın adına “Azəryol”la “Kür”ün sabahkı duelində aydınlıq gələcək.

29 avqust

A qrupu
“Azəryol” - "Astana” (Qazaxıstan) – 32:34 (18:16)

Qeyd edək ki, qrup mərhələsinə sabah yekun vurulacaq.

İdman.biz