“Qarabağ” yarımfinalda “Azəryol”a rəqib olub

Xəbərlər
30 Avqust 2024 17:52
132
“Qarabağ” yarımfinalda “Azəryol”a rəqib olub

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan qadın həndbolçular arasında beynəlxalq turnir davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının təşkil etdiyi yarışda III turun matçları keçirilib.

Bu oyunlarla qrup mərhələsinə yekun vurulub. B qrupunda mübarizə aparan “Qarabağ” ardıcıl ikinci qələbəsini qazanıb. Təmsilçimiz “Alatau Arulary” (Qazaxıstan) klubunu məğlub edib. “Qarabağ” yarımfinala iki qələbə ilə qrup birincisi kimi yüksəlib. İkinci yeri isə Özbəkistan millisi tutub.

A qrupunda “Azəryol” və “Kür” qarşılaşıb. Paytaxt təmsilçisi qələbə qazanmaqla qrup ikincisi olub. Bu qrupda birinci yeri iki matçda qalib gələn Qazaxıstan klubu “Astana” tutub.

30 avqust
B qrupu

“Qarabağ” (Azərbaycan) – “Alatau Arulary” (Qazaxıstan) - 35:31

A qrupu
“Kür” (Azərbaycan) – “Azəryol” (Azərbaycan) - 18:27

Qeyd edək ki, yarımfinal oyunları sabah keçiriləcək. “Qarabağ” “Azəryol”la, “Astana” Özbəkistan millisi ilə görüşəcək.

İdman.biz