Həndbol üzrə beynəlxalq turnirdə finalçılar bəlli olub

Xəbərlər
31 Avqust 2024 17:33
129
Həndbol üzrə beynəlxalq turnirdə finalçılar bəlli olub

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan qadın həndbolçular arasında beynəlxalq turnir davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının təşkil etdiyi yarışın 4-cü günündə üç oyun keçirilib.

Öncə qrup sonuncuları “Kür” və “Alatau Arulary” (Qazaxıstan) üz-üzə gəlib. Qələbə qazanan Mingəçevir təmsilçisi 5-ci yeri tutub.

Ardınca yarımfinal mərhələsi baş tutub. “Astana” (Qazaxıstan) üzətində qələbə qazanan Özbəkistan millisi finala vəsiqə qazanıb.

Günün son matçında təmsilçilərimiz “Qarabağ”la “Azəryol” görüşüb. Sonuncular qalib gəlməklə həlledici matçda oynamaq hüququ qazanıb.

31 avqust
5-ci yer uğrunda

12:00. “Kür” (Azərbaycan) - “Alatau Arulary” (Qazaxıstan) – 34:27
Yarımfinal
14:00. “Astana” (Qazaxıstan) - Özbəkistan millisi – 35:36
16:00. “Qarabağ” (Azərbaycan) – “Azəryol” (Azərbaycan) - 20:30

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq. Finalda “Azəryol”la Özbəkistan millisi, 3-cü yer uğrunda matçda “Qarabağ”la “Astana” görüşəcək.

İdman.biz