“Azəryol” çempion olub, “Qarabağ” 3-cü yeri tutub - FOTO

Xəbərlər
1 Sentyabr 2024 17:06
120
“Azəryol” çempion olub, “Qarabağ” 3-cü yeri tutub - FOTO

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan qadın həndbolçular arasında beynəlxalq turnir başa çatıb.

İdman.biz xəbər verir ki, finalda Özbəkistan millisi ilə “Azəryol” qarşılaşıb.

Gərgin mübarizə şəraitində oyun Azərbaycan klubunun 32:29 hesablı qələbəsi ilə başa çatıb. 3-cülük görüşündə isə “Astana” (Qazaxıstan) ilə “Qarabağ” görüşüb. Təmsilçimiz 32:28 hesabı ilə güclü olaraq, bürünc medala sahib çıxıb.

Qeyd edək ki, yarışda 5-ci yeri “Alatau Arulary”ni (Qazaxıstan) məğlub edən (34:27) “Kür” tutub.

İdman.biz