Azərbaycan çempionatı start götürür

Xəbərlər
11 Sentyabr 2024 21:23
104
Azərbaycan çempionatı start götürür

Sabah həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, XXXI mövsümdə 16 komanda yüksək yerlər uğrunda mübarizə aparacaq.

Kişilərin yarışında “Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil” və U-17 Buta, qadınların turnirində isə “Azəryol”, “Bakı”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ” və “Təhsil” komandaları yarışacaqlar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi çempionatın oyunları “AHF Arena” və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

İdman.biz