"Bakı" və "Təhsil"dən böyükhesablı qələbə

Xəbərlər
12 Sentyabr 2024 20:25
77
"Bakı" və "Təhsil"dən böyükhesablı qələbə

Hənbdbol üzrə XXXI Azərbaycan çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, ilk gündə 4 oyun baş tutub.

Kişilərin mübarizəsində "Bakı" böyükhesablı qələbə qazanıb. Paytaxt təmsilçisi "Gənclər Birliyi"ni 51:8 hesabı ilə məğlub edib.

Qadınların çempionatında bu gün bir oyun keçirilib. "İdman Akademiyası" "Təhsil"dən güclü olub.

Qeyd edək ki, turun növbəti oyunları sentyabrın 14-15-də olacaq.

Azərbaycan çempionatı
I tur
12 sentyabr
Kişilər

"Gənclər Birliyi" - "Bakı" - 8:51
"U-17 Buta" - "Dinamo" - 19:46
"Təhsil" - "Azəryol" - 22:43

Qadınlar
"İdman Akademiyası" - "Təhsil" - 51:8

İdman.biz