Kante Azərbaycan klubunda

Xəbərlər
24 Sentyabr 2024 10:58
57
Kante Azərbaycan klubunda

Qadın həndbolçulardan ibarət “Azəryol” klubunun avrokuboklar üçün iştirak ərizəsi bəlli olub.

İdman.biz xəbər verir ki, rusiyalı baş məşqçi Aleksandr Revva Avropa kubokunda 16 həndbolçuya güvənəcək.

Təmsilçimizin heyətində qapıçılar Azaliya Həsənova, Lyubov Rəsulova, sahə oyunçuları Marta Abbasova, Günel Əliyeva, Mehparə Əliyeva, Alyona Barbakadze, Kamilə Bayramova, Rəna Həsənova, Fidan Heydərzadə, Elnarə İbrahimova, Hava Kante, Anna Razdolqina, Viktoriya Reznik, Ülviyyə Şərifova, İranə Şükürova, Veronika Ştraxova yer alacaq.

Komandanın heyətində 4 legioner var. Rusiyalılar Razdolqina, Reznik və Straxova ilə yanaşı, qvineyalı Kante də “Azəryol”un formasını geyinəcək.

Qeyd edək ki, təmsilçimiz Avropa kubokunun 2-ci mərhələsində Ukrayna “Qaliçanka”sı ilə üz-üzə gələcək.

İdman.biz

Məqalədə: