“Qarabağ”ın avrokubok HEYƏTİ

Xəbərlər
24 Sentyabr 2024 17:08
61
“Qarabağ”ın avrokubok HEYƏTİ

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubunun Avropa kuboku üçün iştirak ərizəsi bəlli olub.

İdman.biz xəbər verir ki, Zəminə Həsənova, Serhey Kambur və Gülnarə Nağıbəyovanın yer aldığı məşqçilər korpusu üç qapıçı və 12 sahə oyunçusuna güvənəcək.

Təmsilçimizin qapısını Mədinə Salayeva, gürcüstanlı Kristin Cavaxiya və rusiyalı İrina Pançenko qoruyacaqlar. Aytən Eminova, Aynur Heybətli, Aynur Hüseynova, Leyla İbrahimova, Minayə Məmmədova, İrina Mixalkoviç, Dinarə Süleymanovanın da yer aldığı heyətdə rusiyalılar Karina Abdullayeva, Yelena Smirnova, Anastasiya Stoşa, moldovalı Zinaida Axundova və gürcüstanlı Yelizaveta Çxaidze də çıxış edəcəklər.

Qeyd edək ki, “Qarabağ” Avropa kubokunun 2-ci mərhələsində Lüksemburq təmsilçisi “Differdanj”la qarşılaşacaq.

İdman.biz