Azərbaycan klubunda 8 legioner – SİFARİŞ VƏRƏQİ

Xəbərlər
25 Sentyabr 2024 09:12
282
Azərbaycan klubunda 8 legioner – SİFARİŞ VƏRƏQİ

Qadın həndbolçulardan ibarət “Kür” klubu avrokuboklar üçün sifariş vərəqini təqdim edib.

İdman.biz xəbər verir ki, Avropa kubokunda çıxış edəcək təmsilçimizin heyətində 15 həndbolçu yer alıb.

Monteneqrolu baş məşqçi Milorad Despotoviçin komandasının yarıdan çoxu legionerdir. Heyətdə 8 əcnəbi həndbolçu var ki, onlardan beşi mütəxəssisin həmyerliləridir.

İştirak ərizəsində qapıçılar Mədinə Musayeva və monteneqrolu Anastasiya Koquriç yer alıblar. “Kür”ün sahə oyunçuları Məryəm Məmmədxanova, Səkinə Musayeva, Diana Rəsulova, Bəsti Səfərli, Sabina Smaqina, Bahar Ural, xorvatiyalı Anamariya Quqiç, serbiyalı İvana Mitroviç, şimali makedoniyalı Leonora Rahmani, monteneqrolular Sara Piraniç, Tamara Radonyiç, Militsa Rayçeviç və Militsa Stamatoviçdir.

Qeyd edək ki, “Kür”ün 2-ci mərhələdəki rəqibi Yunanıstan təmsilçisi “İonias” olacaq.

İdman.biz

Məqalədə: