“Qarabağ”ın oyununda bolqar hakimlər

Xəbərlər
28 Sentyabr 2024 14:30
780
“Qarabağ”ın oyununda bolqar hakimlər

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubunun avrokubok oyunlarına təyinatlar açıqlanıb.

İdman.biz xəbər verir ki, Avropa kubokunun 2-ci mərhələsinin matçları Bolqarıstandan olan ədalət təmsilçilərinə tapşırılıb.

Lüksemburq təmsilçisi “Differdanj”la qarşılaşmaları Svetoslav Yonçev və Zvezdelin Yonçev idarə edəcəklər. Oyunların EHF nümayəndəsi türkiyəli Kenan Sivrikaya olacaq.

Qeyd edək ki, oktyabrın 5-də və 6-da baş tutacaq matçlar Bakıdakı AHF Arenada təşkil olunacaq.

İdman.biz