Qadın həndbolçulardan ibarət “Azəryol” klubu avrokuboklarda mübarizəyə başlayıb.
İdman.biz xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 2-ci mərhələsində ilk oyununa çıxıb.
Bakı klubu Ukrayna təmsilçisi “Qaliçanka” ilə görüşüb. Görüş Ukrayna həndolçularının üstünlüyü ilə keçib. Təmsilçimiz 22:36 hesabı ilə uduzub.
Hər iki qarşılaşma paytaxtımızda baş tutacaq. “Azəryol” ilk oyunda meydan sahibi sayılıb.
Qeyd edək ki, cavab oyunu sabah keçiriləcək.
Avropa kuboku
2-ci mərhələ, ilk oyun
5 oktyabr
17:00. “Azəryol” (Azərbaycan) – “Qaliçanka” (Ukrayna) - 22:36 (12:15)
Hakimlər: Stefan İvanoviç, Marko Vuyisiç (hər ikisi Monteneqro)
Bakı. AHF Arena
İdman.biz