“Qarabağ”ın “vuran əli”

Xəbərlər
5 Oktyabr 2024 17:46
299
“Qarabağ”ın “vuran əli”

Qadın həndbolçular arasında Avropa kubokunun 2-ci mərhələsinin “Qarabağ” – “Differdanj” matçının ən məhsuldar oyunçuları bəlli olub.

İdman.biz xəbər verir ki, “AHF Arenada” təşkil olunan qarşılaşmada Yelena Smirnova hamıdan çox qol vurub.

“Qarabağ”ın “vuran əli” 10 qolla 27:24 hesablı qələbədə pay sahibi olub. Təmsilçimizdə Aynur Heybətli ilə Anastasiya Stoşa hərəyə 4, Zinaida Axundova və Leyla İbrahimova hərəyə 3, Yelizaveta Çxaidze 2, İnna Mixalkoviç 1 dəfə fərqlənib. Qapıçılarımızdan İnna Pançenko 14, Kristina Cavaxiya 4 seyv edib. Onlar müvafiq olaraq 19 və 5 top buraxıblar.

Qeyd edək ki, komandalar arasında cavab oyunu sabah baş tutacaq.

İdman.biz

Məqalədə: