Qadın həndbolçulardan ibarət “Azəryol” klubu bu gün növbəti avrokubok oyununu keçirib.
İdman.biz xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 2-ci mərhələsində cavab matçına çıxıb.
Bakı klubu Ukrayna təmsilçisi “Qaliçanka” ilə üz-üzə gəlib. İlk qarşılaşmada uduzan “Azəryol” öz meydanındakı qarşılaşmaya nominal qonaq qismində çıxıb. Ukraynalılar bu dəfə də daha yaxşı oynayaraq inamlı qələbə qazanıblar.
Qeyd edək ki, 3-cü mərhələnin matçları noyabrın 10-16-da keçiriləcək.
Avropa kuboku
2-ci mərhələ, cavab oyunu
6 oktyabr
17:00. “Qaliçanka” (Ukrayna) - “Azəryol” (Azərbaycan) - 32:16 (19:8)
Hakimlər: Stefan İvanoviç, Marko Vuyisiç (hər ikisi Monteneqro)
Bakı. AHF Arena
İlk oyun – 36:22
İdman.biz