Mingəçevir klubunun Yunanıstan sınağı

Xəbərlər
6 Oktyabr 2024 12:26
188
Mingəçevir klubunun Yunanıstan sınağı

Qadın həndbolçulardan ibarət “Kür” klubu Avropa kubokunda növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Mingəçevir klubu “İonias”la 2-ci mərhələnin cavab qarşılaşmasına çıxacaq.

Bu matç Afinada baş tutacaq. Bir gün əvvəl nominal meydan sahibi kimi məğlub olan “Kür” bu dəfə qonaq kimi mübarizə aparacaq.

Qeyd edək ki, 3-cü mərhələnin matçları noyabrın 10-16-da keçiriləcək.

Avropa kuboku
2-ci mərhələ, cavab oyunu
6 oktyabr
17:30. “İonias” (Yunanıstan) - “Kür” (Azərbaycan)
Hakiimlər:
Militsa Paviçeviç, Sladyana Martinoviç (hər ikisi Monteneqro)
Afina. Nea İonia Gimnastrium
İlk oyun – 32:25

İdman.biz