Kişi həndbolçulardan ibarət “Kür” klubunun avrokubok oyunlarının təyinatları açıqlanıb.
İdman.biz xəbər verir ki, Avropa kubokunun 2-ci mərhələsinin “Parnassos”la hər iki oyununda eyni ədalət təmsilçiləri çalışacaq.
Azərbaycan və Kipr klubunun duellərini serb hakimlər idarə edəcəklər. Stefan Berdiç və Filip Sorakın işinə isə rumıniyalı EHF nümayəndəsi Remus Kojokaru qiymət verəcək.
Qeyd edək ki, oktyabrın 26-da və 27-də keçiriləcək matçların ikisi də Mingəçevirdəki “Kür” Olimpiya İdman Təlim Mərkəzində baş tutacaq. Kiprlilərin nominal meydan sahibi olduğu ilk qarşılaşma 17:00-da, cavab görüşü 16:00-da başlayacaq.
İdman.biz