Yenə “Qaliçanka”: “Qarabağ”a Ukraynadan rəqib

Xəbərlər
16 Oktyabr 2024 09:35
228
Yenə “Qaliçanka”: “Qarabağ”a Ukraynadan rəqib

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubunun növbəti avrokubok rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, Avropa kubokunda mübarizə aparan təmsilçimiz III mərhələdə “Qaliçanka” ilə görüşəcək.

Ukrayna klubu ardıcıl ikinci raundda Azərbaycan təmsilçisinə rəqib olub. “Qaliçanka” “Azəryol”u Bakıdakı hər iki matçda məğlub edib – 36:22, 32:16.

III mərhələnin görüşləri noyabrın 9-10-da və 16-17-də keçiriləcək. İlk görüş Ukrayna klubunun meydanında baş tutacaq.

Qeyd edək ki, II mərhələdə “Qarabağ" Lüksemburq “Differdanj”ını Bakıdakı hər iki oyunda məğlub edib – 27:24, 26:25.

İdman.biz

Məqalədə: